“Prezidentin Ukraynanın ərazi bütövlüyünə yanaşmasında dəyişiklik yoxdur” - Razi Nurullayev

14:08 21.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“III Şuşa Qlobal Media Forumunda Prezidentin maraqlı yanaşmaları oldu və yaddaqalan fikirlər səsləndirildi”.

Bunu Hafta.az-a açıqlamasında deputat Razi Nurullayev deyib.

Deputat Prezidentin toxunduğu Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsinə diqqət çəkib:

“Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib və bunu dilə gətirib. Bu məsələyə yanaşmasında dəyişiklik olmayıb. Bu baxımdan Azərbaycan özünün xarici siyasəti ilə bağlı mühüm, dayanıqlı yanaşma nümayiş etdirib. Bu da Azəbaycanın nüfuzunun qalxmasna imkanlar açıb. Bu gün Azərbaycan beynəlxalq hüququn müddəalarını əlində əsas tutaraq hərəkət edir”.